"Lotu Quli"nin qardaşı SAXLANILIB? - VİDEO

 30-08-2022
2021-ci ilin aprelində Moskvada fitnes klubunda güllələnən “Rıjiy Alik” ləqəbi ilə tanınan "qanuni oğru" Əli Heydərovun qətlində şübhəli bilinən şəxslər saxlanılıb.
 
Bu barədə “Ren TV” məlumat yayıb.
 
Məlumata görə, kriminal avtoritetin qətlini törətməkdə şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.
 
Məlumat üçün bildirəki ki, Namiq Səlifov “Lotu Quli” kimi tannin qanuni oğru Nadir Səlifovun qardaşıdır.

Haqqın.az saytının yazdığına görə, Namik Səlifovun vəkili A.A.Voronin Rusiya mətbuatının, xüsusən də RenTV və RBC-nin Səlifovun saxlanması ilə bağlı məlumatlarını təkzib edib.

“Bu məlumat həqiqətə uyğun deyil. Mən Namik Səlifovun vəkiliyəm və hazırda Moskvadayam. Müvəkkilimlə bağlı hüquq-mühafizə orqanlarından heç bir sual və ya sorğu daxil olmayıb. Bu məlumat ortaya çıxandan dərhal sonra Namiklə əlaqə saxladım, o, Moskvaya gəlmədiyini və hazırda Avropa ölkələrindən birində olduğunu söylədi ", - Namik Səlifovun vəkili deyib.

Eyni zamanda, Namiq Səlifova yaxın mənbələr bildiriblər ki, onun həbsi ilə bağlı məlumatları rəqib qruplaşmalar yayıb. Belə ki, onlar Namik Səlifovun Rusiyaya mümkün gəlişindən narahatdırlar.

Qeyd edək ki, 12 aprel 2021-ci ildə “Rıjiy Alik” Moskvada Aviasiya küçəsindəki fitnes klubunda güllələnib. Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.
 
Həmin görüntüləri təqdim edirik:

 

Bənzər yazılar

0.14491200447083