Əlverişsiz hava şəraiti bazarı “vurdu”: Bahalaşma ən çox “ikinci çörəyin” qiymətinə təsir edib - VİDEO

 26-03-2022

Bakıdakı bazarlarda nəzərəçarpacaq dərəcədə qiymət artımı müşahidə edilir.

Xəzər TV xəbər verir ki, bahalaşma xüsusən son günlərdə sahələrdən yığılıb gətirilən kartofun qiymətində hiss olunur.

Satıcılar da son günlər təzə kartofun qiymətində artım olduğunu deyirlər. Bölgələrdən paytaxta gətirilən kartofun miqdarının azaldığını deyən satıcılar qiymətə əlverişsiz hava şəraitinin təsir etdiyini vurğulayırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bənzər yazılar

0.47512316703796