Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - Asif Ağayevin DOSYESİ

 06-06-2024

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Əzizağa oğlu Ağayev vəzifəsindən azad edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da Sərəncam imzalayıb.

Qeyd edək ki, Asif Ağayev 2018-ci il oktyabrın 30-da bu vəzifəyə təyin edilmişdi.

İşdən çıxarılan icra başçısnın dosyesini təqdim edirik:

Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru işləyib.

Daha sonra ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini işləyib.

2013-2018-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Qeyd edək ki, Asif Ağayev SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullyevə yaxın kadr kimi tanınırdı. Mətbuat əvvəllər dəfələrlə onların yaxın olduğuna dair yazılar yayımlayıb.

Bənzər yazılar

0.059577941894531