Conni Depp Ay adamı obrazında PEYDA OLUB: “Bilirsiniz, nə var? Mənə iş lazım idi” - VİDEO

 30-08-2022

Aktyor Conni Depp MTV musiqi mükafatlarının təqdimetmə mərasimində Ay adamı (“Moonman”) obrazında görünüb.

59 yaşlı sənətçi ABŞ-ın Nyuark şəhərindəki Prudenşal-Sentr idman kompleksinin səhnəsi üzərində holoqram şəklində peyda olub. Skafandrın içindən səslənən aktyor ona pul lazım olduğunu söyləyib. “Bilirsiniz, nə var? Mənə iş lazım idi”, - deyə o bildirib.  

“Uşaqlar, mən ad günlərini, toyları apara bilərəm, nə istəsəniz, edə bilərəm. Mən həm də diş həkimiyəm”, - deyə o zarafat edib.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.26979804039001