"Bir dənə Kamil Zeynallıya görə 8 il?" - Məhkəmədə ETİRAZ

 31-05-2024

İdmançı Kamil Zeynallı və daha 8 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.

Qafqazinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Bir dənə Kamilə görə mənə 8 il iş verdiniz. Belə ədalət olmaz” – E.Ağayev hökmə münasibət bildirərkən deyib.

Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.

Bənzər yazılar

0.057830810546875