1 yaşadək ölüm: Əsas səbəblər açıqlandı

 31-05-2024

2023-cü ildə 1 yaşadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2023-cü ildə 1 yaşadək 2 039 uşaq ölümü qeydə alınıb. 1 287 nəfər perinatal dövrdə meydana çıxan bəzi hallardan (bu say 2021-ci ildə 349, 2022-ci ildə 392 nəfər olub), 187 nəfər tənəffüs sistemi xəstəliklərindən, 136 nəfər anadangəlmə anomaliyalardan ( inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqlarından, 47 nəfər bəzi infeksion və parazitar xəstəliklərdən, 17 nəfər travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən vəfat edib.

Xatırladaq ki, 1 yaşadək bütün səbəblərdən ölən uşaqların cəmi sayı 2021-ci ildə 840, 2022-ci ildə 959 nəfər olub.

Bənzər yazılar

0.059190988540649