“Səbail” klubu baş məşqçisi Şahin Diniyevlə bağlı qərarını açıqlayıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, 58 yaşlı mütəxəssisin müqaviləsinin müddəti uzadılıb.
Klubun Müşahidə Şurasının qərarına əsasən, çalışdırıcı ilə 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, “Səbail” 2023-2024-cü illər mövsümündə Şahin Diniyevin rəhbərliyi altında Premyer Liqada 7-ci pilləni tutub.