Prezident qanunu imzalamasa, onun yerinə özüm imzalayacağam - Spiker

 29-05-2024

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanunu imzalamayacağı təqdirdə, qanunu onun yerinə özüm edəcəyəm.

Ölkə.Az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib.

Spiker əlavə edib ki, xarici agentlər haqqında qanun mayın 28-də  qəbul edilərək prezident administrasiyasına göndərilib.

“İndi biz imza gözləyirik. Aydındır ki, böyük ehtimalla Zurabişvili bunu imzalamayacaq. Müvafiq olaraq, mən bu qanunu imzalayacağam”, - Papuaşvili deyib .

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.090306997299194