Oğlanlar qızlarda bunu görüb evlənmək istəmir - QALMAQALLI AÇIQLAMA 

 28-05-2024

Qədim zamanlardan bəri evlənmək, ailə qurmaq cəmiyyətdə müqəddəs bir addım, birlik sayılıb. Hətta ailəni "kiçik dövlət" adlandırıblar. Ancaq təəssüflər olsun ki, dövr dəyişdikcə, illər keçdikcə gənclər artıq bu addımı atmaqdan boyun qaçırır. Ötən əsrin sonu, 21-ci əsrin ilk onilliyinə qədər 30 yaşda bir şəxsin subay olduğunu görəndə hər kəs təəccüblənirdisə, indi bu hal adiləşib. 

Bəs, gənclər niyə ailə qurmaqdan çəkinir? 

Məsələnin səbəbləri haqda “Yeni Sabah”a danışan psixoloq Vüsalə Rüstəm cavanların evliliyə soyuq yanaşmasına belə aydınlıq gətirib: 

"Gənclər arasında evlilik yaşının 30, hətta 35-ə qalxması dövrün sosial çətinlikləri və ətrafda olan fərqliliklərlə bağlıdır. Sovet dönəmində 30 yaşına çatıb evlənməyən adama nəsil-kök tənə edirdi. Qorxurdular ki, yaşı keçsə, daha evlənməyəcək. Əslində 30 yaşadək ailə qurmaq o dövrün ideologiyasına daxil idi. Adamın başı ailə qayğılarına qarışır və əlavə problem yaratmır. Həm o dövr üçün sosial problem yox idi, həm də nənə-babalarımız insan psixologiyasını gözəl bilirdilər. Bilirdilər ki, kamillik yaşına çatan insan asanlıqla onlara qulaq asmayacaq. Avropa ölkələrinin çoxunda 35, hətta 40 yaşından sonra evlənirlər. Statistika göstərir ki, gec evlənən insanlar nə istədiyini bildiyi və yetərincə həyat təcrübəsi olduğundan az səhvə yol verirlər. Onlar arasında boşanma sayı da az olur və gözəl uşaq tərbiyə edə bilirlər. Həmçinin, bu yaşdakı cütlüklərin sosial vəziyyəti yaxşı olur”. 

Psixoloq bildirir ki, hazırda gənclərin evlənmək istəməməyinin tək səbəbi sosial çətinlik deyil: 

“Çox sayda qadının olması buna səbəb olur. Həm də evlənmək üçün çox oğlan öz kriteryalarına uyğun qadın tapa bilmir. Plastik cərrahiyə hamını yığma kuklaya çevirib. Gözlər qıyıq, dodaq silikon, dırnaqlar 20 santimetr, yanaqlar dolğu və s. biədəb vəziyyət… Belə qadınlar gözəl görünsə də, heç bir ağlı başında olan kişi elə qadını uşağının anası kimi görmək istəmir”. 

Bənzər yazılar

0.058081150054932