Bağdadda ölən və yaralananların SAYI ARTIB: Şəhərə ordu YERİDİLİB-  FOTO/VİDEO

 29-08-2022

Bazar ertəsi Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, 200 nəfər yaralanıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, qurbanlar arasında İraq təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı da var.

Həmçinin, şəhərə nizami ordu hissələri yeridilib. Paytaxtın “Yaşıl zona”sında vəziyyət gərgin olaraq qalır.

İraqda 2021-ci ilin oktyabrında keçirilən parlament seçkisində qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr avqustun 29-da İraqın siyasi həyatından ayrıldığını elan edib.

49 yaşlı şiə lideri Müqtəda əs-Sədr bu barədə özünün “Twitter” səhifəsində məlumat dərc edib.

“Mən siyasi işlərə qarışmamaq qərarına gəldim və Müqəddəs Məqbərə, Əs-Sədr İrsi İdarəsi istisna olmaqla, bütün siyasi qurumlardan ayrıldığımı elan edirəm”.

Siyasi və dini lider həmçinin hərəkatının tərəfdarlarının bütün əsas qurumlarının bağlandığını elan edib.

Bundan sonra onun tərəfdarları Bağdadda Respublika Sarayına soxularaq, “yaşıl zona” adlanan əraziyə daxil olublar. Məlumata görə, nümayişçilər təkərləri yandırıb, yolları bağlayıb, bəziləri isə beton bloklarla hökumət binalarının darvazalarını yarmağa çalışıb.

Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Bağdadda komendant saatı elan edilib.

Mənbə: Veçernıye Vedomosti

Bənzər yazılar

0.40639781951904