Atası xəstəliyinə görə tərk etdi: Körpə Aydının dəstəyə ehtiyacı var

 25-05-2024

Üç aylıq Aydının sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə onun anası Türkan Alıyeva məlumat verib.

O bildirib ki, övladı doğulandan sonra onun beynində kista aşkarlanıb.

"Aydın 2024-cü ilin fevral ayında dünyaya gəlib. Hamiləlik dövrü imkanımız olmadığı üçün heç bir həkim müayinəsində olmamışdıq. O doğulanda vəziyyəti ağır olduğu üçün küvəzə düşdü. Qızıllarımı satıb xəstəxananın ödənişini edə bildim".

Türkan Alıyeva həyat yoldaşının onları tərk etdiyini deyib.

"Uşaq doğulanda onun vəziyyətini həkim bizə izah etdi. Elə həmin dəqiqədən də yoldaşım və ailəsi bizə xəstə uşaq lazım deyil deyib getdilər. Qaldım ata, anamın və qardaşımın ümidinə. Həkimlər Aydının müalicəsi düzgün aparılarsa, onun 80-90% normal uşaq olacağını deyiblər. Hazırda müalicələri davam etdirmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (050) 345-39-71.

Kapital Bank: 4169 7388 8418 7802.

Bənzər yazılar

0.05952787399292