"Əgər aldadırıqsa, bu qədər insan niyə gəlir?" - Çöpçü Nargilə

 29-08-2022

“Çöpçü”... Azərbaycanda bu adla fəaliyyət göstərən türkəçarəçilər var. Uzun illdərdir ki, valideynlər də öz körpə uşaqlarının hərarəti qalxan kimi, qusan kimi bu el “həkim”lərinin yanına aparırlar.

Bakıda “çöpçülük” edən qadınlar var. Onlardan biri də Maştağa da yaşayan Nargilə xanımdır. Hamı çöpçülüyün onda bir vergi olduğunu hesab edir. Əvvəl üzünü uşağın burun nahiyəsinə yaxınlaşıdırb üfürür. Bu prosedurdan sonra uşağın ağından və ya burnundan onun boğazında qalan, hərarətini qaldırıb, xəstəliyə salan “çöp” düşür. Nə kəramətdirsə, çöpçüdən gələn uşaqlar bir neçə saat sonra sağalıb, özünə gəlir.

Tibb aləmində çöpçülərə inanc yoxdur və onlar bir növ insanların inamından istifadə edənlər kimi qəbul edilir.

Çöpçü Nargilə xanım isə deyir ki, 30 ildir bu işlə məşğuldur. Bu 30 ildə on minlərlə uşağın çöpünü çıxarıb. Hətta 30 ildən çöpünü çıxardığı uşaqlar da öz uşaqlarının çöpçü qadının yanına gətirir.

Çöpçünün sözlərinə görə, bu, xüsusi bacarıqdır. Yəni bunu sıradan heç kim bacara bilməz. Proses zamanı çöpçü xəstənin burnundan bir neçə dəfə üfürür. Hər üfürmə zamanı isə, uşağın boğazaında ilişib qalan hər nə varsa, çıxır.

“Çox zaman bizim bu işimizi gözdən salmağa çalışanlar olur. Bəzən bizim insanları aldatdığımız da qeyd edilir. Əgər biz aldadırıqsa, bu qədər insan niyə gəlir? Uzun illərdir ki, hamı bu qapını çöpçü qapısı kimi tanıyır. Biz insanlarla pulla xidmət etmirik. Qiymət danışmırıq, sadəcə xidmət edirik. Bu xidmətə görə, qapıya gələn nəsə məbləğ verməyi düşünürsə, bu da artıq onun işidir. Biz kimsəni aldatmırıq”,- deyə qadın bildirir. Onun sözlərinə görə, hər gün qapısına ən az 10 uşaq gətirilir. Bəzən böyüklər də çöpçüyə müraciət edirlər.

“Bəzən 30-40 yaşında adamlar da çöp çıxarmaq üçün gəlir. Bu da mümkündür. Bəzən yemək yediyin zaman sanki tikən boğazında haradasa ilişir, keçmir. Nə yesən də onun yerini hiss edirsən, boğazın yara kimi olur, uqduna bilmirsən. Buna görə, daxilən həmin yer iltihablanır və bu sənə qızdırma verir. O zaman xəstə həkimə müraciət edib, müayinə olunur, müalicəyə başlayır. Amma müalicə təsir etmədiyi zaman gəldiyi son qapı çöpçü qapısı olur” - deyə çöpçü Nargilə xanım əlavə edib.

Biz də bu qapıda olduğumuz zaman bir neçə körpə uşağın gətirilməsinə şahid oluq. Baxmyaraq ki, bizə çəkiliş aparmağa icazə verilmədi. Amma biz gördüklərimizi sizinlə paylaşdıq. Bəs siz çöpçüyə inanısınızmı?

Mənbə bizimyol.info

Bənzər yazılar

0.20759201049805