Adından da bəlli olduğu kimi, şadlıq saraylarında cütlüklərin şad, sevincli günləri qeyd olunur.
Lakin bəzi şadlıq saraylarının rəhbərləri təkcə bununla kifayətlənməyib, obyekti mərasim evi kimi işlədir.
Baku TV-nin əməkdaşı belə şadlıq saraylarının biri ilə müştəri kimi əlaqə saxlayıb, mövcud vəziyyətlə maraqlanıb.
Bəlli olub ki, işləri planladığı kimi getməyən sahibkarlar diridən qazana bilmədiyi pulu ölüdən ummağa başlayıblar.
Restoran administratorlarının sözlərinə görə, toy edənlərin sayı az olduğu üçün şadlıq sarayları bəzi hallarda mərasim evləri kimi istifadə olunur.
Paytaxt sakinləri də mövzuya münasibət bildiriblər.
Onların çoxu şadlıq saraylarının təyinatı üzrə istifadə olunmasını daha düzgün hesab etdiyini deyib.
Ətraflı videomaterialda: