Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin Teatr sektoruna təyinat olub.
Böyükxanım Talıbova sözügedən sektora müdir təyin edilib.
Nazirlikdən faktı APA-ya təsdiq ediblər. Bildirilib ki, bununla bağlı nazir Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Böyükxanım Talıbova bundan öncə ADMİU-da kafedra müdiri olaraq çalışıb.