Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:0 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Kvabena Ovusu, 55-ci dəqiqədə Kvabena Ovusu, 64 və 72-ci dəqiqələrdə Ramil Şeydayev vurub.