Bakıda binalar tikən “Ressan” şikrətinin vergiyə külli miqdarda borcu üzə çıxıb

 25-03-2022

Bakıda yeni binaların inşası ilə məşğul olan "RESSAN" Mənzil Tikinti Kooperativinin (MTK) vergiyə külli miqdarda borcu yaranıb.

Musavat.com xəbər verir ki, MTK-nın 370 min manata qədər yaranan vergi borcuna görə məhkəmə çəkişməsi başlayıb.

Borcunu ödəməyən MTK Vergilər Nazirliyi tərəfindən məhkəməyə müraciət edib.

Məhkəmə çəkişməsi Bakı İnzibati Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə davam edir.

Qeyd edək ki, MTK, əsasən, Xətai rayonu ərazisində yeni binaların tikintisini həyata keçirib. MTK barəsində bir neçə dəfə yaşıllıq ərazilərin məhv edilməsinə görə vətəndaşlar tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər daxil olub.

Bənzər yazılar

0.203045129776