Bakıda məşhur MMC türk şirkətinin PULUNU ÖDƏMİRMəhkəmə QALMAQALI

 26-08-2022

Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti Türkiyəyə məxsus olan “yük daşıma şirkəti” BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə yükdaşımaya görə yaranmış borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır.

Bu barədə tia.az-a türk şirkətinin vəkili Mahir Tağıyev məlumat verib. Onun sözlərinə görə, BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkəti ilə “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 10 may 2019-cu il tarixdə “yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına” dair 10-05/19-SAK nömrəli müqavilə bağlanıb.

Vəkil qeyd edir ki, “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti yükdaşımaya görə olan qaimələrə əsasən yükdaşımanın hər birinin qiyməti 6000 (altı min) avro olmaqla ümumilikdə dörd dəfə müxtəlif vaxtalarda “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti məxsus olan yükləri Fransadan Azərbaycana daşımış, lakin“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin yükdaşımalara görə ödəniləcək 24.000 (iyirmi dörd min) avro pulu ödəniş etməyib.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin borcların qaytarılması ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, onların borcu qaytarması ilə bağlı irəli sürdüyü iddialar təsdiq olunmur. “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, 2019-cu ildə 4(dörd) maşın yük daşımış və həmin dövrdə hesablarında pul olmadığına görə daşıyıcı iddiaçını onlarla əlaqələndirən vasitəçi şirkətin nümayəndəsinin vasitəçiliyi ilə yükü gətirən sürücülərin xahişi nəzərə alınmaqla 3 (üç) maşın yük üçün daşınma pulu-yəni 18 000 (on səkgiz min) avro pul nəğd şəkildə həmin sürücülərə ödənilmiş və hal-hazırda iddiaçıya 6000 (altı min) avro borclarının qaldığını göstərib.

Halbuki, pulu verdiyi şəxslərin kimliyini onlardan soruşduqda onlar həmin şəxslərin kimiyi barədə BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə heç bir məlumat vermirlər.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 maşın yükün, hər birinin qiyməti 6000 avro olmaqla 24.000 avro pul onlar tərəfindən BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə ödənilməmiş, həmin pulun 18.000 avro pulu güya BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə ilə “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti əlaqələrinin mövcud olmasında vasitəçilik edən şəxsə ödənilmişdir.

Halbuki, “Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.000 avro pulun ödənildiyi şəxslə BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkətinə heç bir əlaqəsi və ya 18.000 avro pulun iddiaçının adından cavabdehdən alınmasına dair iddiaçı tərəfindən həmin vasitəçi şəxsə hər hansı bir səlahiyyət, etibarnamə və, s verilməyib.

“Soyuzaqrokontrakt” Məhdud Məsuliyyətli Cəmiyyəti sadəcə olaraq yaranmış borcun ödənilməməsi üçün bütün üsul və vasitələrdən istifadə edərək pulu ödəməkdən qərəzli olaraq yayınır. Həmin borcun ödənilməsi ilə bağlı tələb mülki qaydada Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib.

Bənzər yazılar

0.14479207992554