Aksiz dərəcəsinin artması yanacağın qiymətinə NECƏ TƏSİR EDƏCƏK?

 25-08-2022

Nazirlər Kabinetinin qərarına əsasən “Aİ-92” markalı avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5%-ə, dizel yanacağının aksiz dərəcəsi isə 18%-dən 18,3%-ə qaldırılıb.

Benzin və dizelin aksiz dərəcəsinin qaldırılmasının satış qiymətlərinə necə təsir edəcəyini araşdırıb.

Bildiyimiz kimi, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən (SOCAR) çıxış qiyməti (şirkətdaxili tarif) qeyd olunur. Hazırda 1 litr “Aİ-92” markalı benzin şirkətdaxili qiyməti 53 qəpiyə, dizelin şirkətdaxili qiyməti isə 48,9 qəpiyə bərabərdir.

Nazirlər Kabinetinin qərarına əsasən “Aİ-92” markalı benzin şirkətdaxili qiymətinin üzərinə 42,5% aksiz vergisi (22,4 qəpik) və 1,3 qəpik təchizat (daşınma) tarifi əlavə olunacaq. Nəticədə satışa çıxarılan 1 litr benzinin şirkətdaxili qiyməti rüsumlar və təchizat xərclərilə birgə 76,7 qəpik olacaq. 

Topdansatış məntəqəsində “Aİ-92” markalı benzinin 1 litrinin qiyməti üzərinə ƏDV (13,8 qəpik) əlavə edildikdən sonra 90,5 qəpiyə satılacaq. Bundan sonra topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa veriləcək. Pərəkanda satış məntəqləri (YDM-lər) isə “Aİ-92” markalı benzinin hər litrinin qiymətinə 7,5 qəpik əlavə edərək 1 manata satışa çıxaracaqlar.  

Dizelin şirkətdaxili qiymətinin üzərinə isə 18,3% aksiz vergisi (9 qəpik) və 1,5 qəpik təchizat tarifi əlavə olunacaq. Nəticədə topdansatış məntəqəsinə daxil olan dizelin 1 litrinin qiyməti 69,6 qəpik (ƏDV ilə birgə) olacaq. Topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa veriləcək. Pərəkanda satışda isə dizelin 1 litri 80 qəpiyə satılacaq. 

Rəqəmlərdən də göründüyü kimi, aksiz dərəcələrinin artırılması benzin və dizelin istehsal prosesi zamanı çəkilən xərclərdə (daşınma, işçi qüvvəsi və s.) ciddi dəyişikliyə səbəb olmayacaq.

Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək vəümumiyyətlə, qeyd edilən məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcəkdir.

Bənzər yazılar

0.14141392707825