Ötən gün Daşkəsən rayonunda gəlinini qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin digər cinayət əməlləri də üzə çıxıb.
Unikal.az xəbər verir ki, Bayan kənd sakini olan M.Mirzəyev bir neçə il öncə öz evində həyat yoldaşı Gülöyşə Mustafayevanı bıçaqlayıb, oğlunu isə ölümcül döyüb. Buna baxmayaraq, G.Mustafayeva xəstəxanada müalicə olunaraq sağalıb və onlar birlikdə yaşamağa davam ediblər.
M. Mustafayev isə bu əməlinə görə bir müddət məhkumluq həyatı yaşayıb. Onun, həmçinin psixoloji problemlərinin olduğu bildirilir.
Qeyd edək ki, Məhəmmədəli Mustafayev ötən gün Bayan kəndindəki evində gəlini, 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı əmlak bölgüsünə görə yaranan münaqişə zəmnində qətlə yetirib. Həmin zaman cinayətkarın həyat yoldaşı və oğlu da evdə olub. O, cinayəti törətmək üçün həyat yoldaşını bazara göndərib. Oğlunu (Nəzakət Həsənovanın həyat yoldaşı) isə kənd ərazisində gəzintiyə çıxmağa məcbur edib.