İsmayıllı rayonunun Qalacıq kəndinin sakinləri çay sahilində dincəlmək qərarına gələn bir qrup turisti ərazidən uzaqlaşdırmağa cəhd ediblər.
MillətinSəsi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, buna səbəb turistlərdən ikisinin şort geyinməsi olub. Turistlər geyiminə görə yerli sakinlərin qınağı ilə üzləşib.
Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin kadrları təqdim edirik: