Rusiya klubundan “Qalatasay”ın baş məşqçisinə iki illik TƏKLİF

 21-04-2024

Moskva “Spartak”ı Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Okan Buruka iki illik müqavilə təklif edib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, mənbənin sözlərinə görə, “qırmızı-ağlar” mütəxəssisə bonuslar daxil olmaqla iki mövsüm üçün 7,5 milyon avro ödəməyə hazırdır. İddiaya görə, Burukun özü də moskvalıların təklifinə müsbət yanaşıb.

Aprelin 14-də Qiyermo Abaskal "Spartak"ın baş məşqçisi vəzifəsindən azad edilib. Komandanın məşqçisinin vəzifələrini Vladimir Slişkoviç yerinə yetirir.

Buruk 2022-ci ilin yayından "Qalatasaray"da çalışır. Onun klubla hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.

İstanbul komandası Türkiyə çempionatının başa çatmasına altı tur qalmış turnir cədvəlində birinci yeri tutur.

Bənzər yazılar

0.19696307182312