Martın 20-dən etibarən Lənkəranın Qumbaşı kəndində sel suları evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Buna səbəb intensiv yağan yağışlar nəticəsində Masallıdan gələn Kor çayının məcrasından çıxması olub.
Nəticədə 100-dən çox həyətyanı sahəni və evlərin zirzəmilərini su basıb.
Müvafiq komissiya yaradılıb və hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülsə də, Kor çayının sahilində yerləşən 30-a yaxın evin həyətyanı sahəsində su hələ də qalmaqdadır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: