49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi

 20-04-2024

Azərbaycanın Əməkdar artisti Yuri Omelçenkonun ölüm səbəbi bəlli olub.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, aktyor bir müddət əvvəl insult keçiribmiş:

“Xəstəxanada müalicə aldı. Vəziyyəti bir qədər yaxşılaşmışdı. Lakin bir neçə gün əvvəl yenidən insult keçirdi. Onu xəstəxananın reanimasiya şöbəsində yerləşdirdilər. Ürəyində də problemləri vardı. Təəssüf ki, onu xilas etmək mümkün olmadı”.

Yuri Omelçenko 1976-cı il martın 7-də Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bakı Bələdiyyə Teatrında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyib. O, teatr səhnəsində “Torqovıda görüşərik”, “Qurdlar və qoyunlar”, “Alim-botanik Müsyö Jordan və məşhur sehrbaz dərviş Məstəlişahın nağılı”, “Yeddi gözəl”, “Gözəllər”, “Qürur və qərəz”, “Maskarad”, “Şəhrizadın daha bir gecəsi”, “Karamazov qardaşları”, “Və bir qadın gəldi...”, “Əli və Nino”, “Evlilik”, “Sənətkarın taleyi”, “Korol Benya və başqaları”, “Albalı bağı” və s. kimi tamaşalarda rol alıb.

 

Bənzər yazılar

0.16181993484497