Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ rayonunda vətəndaş qəbulu keçirib.
Yeniavaz.com-a istinadən xəbər verir ki, qəbul zamanı insanlar arasında izdiham yaşanıb. Bu barədə sosial şəbəklərdə görüntülər yayılıb.
Görüntülərdən bəlli olur ki, vətəndaşları arasında vəziyyəti pisləşənlər də var. Video qeyri-müəyyən şəxsin müdaxiləsindən sonra sonlanır.
Həmin kadrları təqdim edirik:
Bildirilir ki, ərazidə xeyli sayda təcili yardım və post-patrul xidməti növbə çəkir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin əsgərləri də görüş yerini mühafizə edirlər.