Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?

 17-04-2024

Dünyada xalis qızılın bahalaşması Azərbaycanda qızıl-zinət əşyalarının dəyərinin artmasına da səbəb olur. 

Sfera.az xəbər verir ki, bu ilin martında ötən ilin yanvar ayı ilə müqayisədə dünyada xalis qızılın qiyməti 11 faizdən çox artıb. 

Bu qiymət artımlarının təsiri ilə Azərbaycanda qızıl-zinət əşyalarının qiyməti də yüksəlib. Belə ki, ötən ilin yanvarında 5 qramlıq 750 əyarlı üzük 572 manata satıldığı halda bu ilin martın sonunda onun qiyməti 607 manatı ötüb. 

Müqayisə edilən dövrdə qızıl üzüyün qiymətində 35 manat və ya 6 faizdən çox artım baş verib. 

Aprel ayında da dünyada qızılın bahalaşması davam edib. Bununla əlaqədar olaraq Azərbaycanda aprel ayında qızıl-zinət əşyaları bir qədər də bahalaşacaq. 

Son 5 ildə isə Azərbaycanda 750 əyarlı 5 qram üzüyün qiyməti 240 manat (65 faiz) artıb. 

 

 

Bənzər yazılar

0.058792114257812