Səbinə Əliyevanın məmursayağı hərəkəti: Məsuliyyətsizlik, yoxsa yanlış təqdimat? - VİDEO

 05-03-2022

Sosial şəbəkələrdə Ombudsman Səbinə Əliyevanın məmur-oliqarx tərzində Şəhidlər xiyabanını ziyarət etməsi tənqidlərə səbəb olub.

Ombudsman aparatı ölkədə insan hüquqlarına dair hesabat hazırlayır, bu hesabatların hazırlanması sadə vətəndaşlarla təmaslardan keçir.

Yəni, İnsan hüquqları üzrə müvəkkil xalqa bir köynək daha yaxın olmalıdır. Qətiyyən şübhəmiz yoxdur ki, Səbinə Əliyeva hüquqları pozulmuş insanların problemlərini dinləyir, amma onun bu sayaq davranışı sadə xalqa yaxın insan anlayışına ziddir.

Səbinə Əliyeva məmur da deyil, hərçənd ki, elə məmur da bu tərzdə davranmamalıdır. Səbinə xanımın isə Şəhidlər xiyabanına gəlişi məmur davranışının da fövqündə dayanan addımların müşayiəti ilə baş tutur.

Səbinə Əliyevaya qarşı haqlı iradlar məntiqlidir və bu, o tələbdən qaynaqlanır ki, məmur da, müvəkkil də özünü aristokrat təbəqə kimi göstərib vətəndaşdan əlahiddə üstünlüyünü nümayiş etdirməsin.

Ümumiyyətlə, belə formada ziyarət təqdimatı nəyə lazımdır? Şəhidlər xiyabanıdır, siz ora sakit və səs salmadan gedib, şəhidləri ziyarət edib, geri qayıda bilərdiniz və bu qədər səs-səmir qopmazdı.

Görəsən Səbinə xanıma bu PR ideyasını kim verib? Düşünürük ki, kim veribsə, böyük səhv edib, bu xalqın həssasiyyətini nəzərə almayıb. Yox, bu ideya Səbinə Əliyevanın öz beyninin məhsuludursa, bu zaman da başadüşülən deyil.

Ya zəlzələdən, ya da vəlvələdən – Səbinə xanım Əliyeva səhvə yol verib. Bu, hüquqi səhv deyil və hüquqi məsuliyyət də yaratmır, amma ictimai qınağa əsas verən səhvdir.

Aqil Vəlili

Bənzər yazılar

0.21217203140259