Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır

 15-04-2024

Qazaxıstan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün platforma təklif etməyə hazırdır.

Ölkə.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. 

“Qazaxıstan maksimum dərəcədə kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, - deyə Tokayev bildirib.

 

Bənzər yazılar

0.23705410957336