Ağ Ev İrəvan-Bakı danışıqlarının Vaşinqton prosesinin yenidən bərpasına aydınlıq gətirdi

 09-04-2024

Biz açıq şəkildə bəyan etmişik ki,  Ermənistan-Azərbaycan münaqişəsi son nəticədə danışıqlar masası arxasında həll yolunu tapmalıdır. 

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı danışıqlar prosesinin Vaşinqtonda bərpa edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Gələcək görüşlər haqqında danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışarkən iki tərəf arasında dialoqa ehtiyac olduğunu açıq şəkildə bildirib. Biz bu dialoqun asanlaşdırılmasında əlimizdən gələn hər hansı rolu oynamaqdan xoşbəxtik və bunu davam etdirəcəyik, lakin qarşıdan gələn konkret görüşləri açıqlamaq istəmirəm”, - Miller qeyd edib.

 

Bənzər yazılar

0.1824688911438