Toplanışların keçirilməsi qaydasına dəyişiklik təsdiqlənib

 04-04-2024

Hərbi vəzifəlilərin təlim toplanışlarına çağırılması qaydasına dəyişiklik təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə qanunun 45.5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.”.

 

Bənzər yazılar

0.21631383895874