Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kürəkəni yeni şirkət yaradıb.
“Ölkə.Az”ın məlumatına görə, “By Credo” MMC cari ilin yanvarın 30-da dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr. ev.143A m.94, nizamnamə kapitalı 20 manatdır.
MMC-nin qanuni təmsilçisi Muradov Nəriman Namiq oğludur. Mətbuatda N.Muradovun V.Zeynalovun kürəkəni olduğu yazılır.
Qeyd edək ki, V.Zeynalov “MTN işi”nə görə həbs edilib, daha sonra isə azadlığa buraxılıb.