İstanbulda güclü yanğın: 25 nəfər öldü - VİDEO

 02-04-2024

Türkiyənin İstanbul şəhərinin Şişli mahalının Gayrettepe bölgəsində əyləncə mərkəzində güclü yanğın baş verib.

Ölkə.Az "haber7"yə istinadla xəbər verir ki, hadisə yerli saatla 13:00-da qeydə alınıb.

Məlumata görə, Ramazan ayına görə bağlı olan 16 mərtəbəli binanın -1 və -2-ci mərtəbəsində yerləşən gecə klubunda təmir işləri aparılan zaman partlayış baş verib. 

Partlayışdan dərhal sonra yanğın başlayıb və tüstü bütün binanı bürüyüb. Yanğın anında binada olanlar oradan çıxa bilməyib. 

Əraziyə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.
Güclü yanğın nəticəsində 25 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.

Baş vermiş yanğınla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumatlandırılıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar 3-ü məsul müdir, 1-i təmir işlərindən məsul şəxs olmaqla ümumilikdə 5 nəfərin saxlanılması barədə qərar verilib.

Bənzər yazılar

0.2133629322052