Kilsədə qaz sızması baş verdi: 50 nəfər xəstəxanalıq oldu

 01-04-2024

İtaliyanın Turin şəhərində Pasxa bayramı ilə əlaqədar dini mərasimin keçirildiyi San Kostanso kilsəsində təbii qaz sızması baş verib.

Publika.az xəbər verir ki, kilsə dərhal boşaldılıb.

Dəm qazından zəhərlənənlərə ilkin tibbi yardım göstərilib. Daha sonra 50 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalara görə, qaz sızmasına səbəb kilsənin qazanxanasındakı nasazlıq olub.

Bənzər yazılar

0.1944739818573