İranın Azərbaycandakı səfiri Baku TV-yə müsahibəsinə görə geri çağırılıb? – Video

 31-03-2024

 İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvinin missiyası başa çatıb və o, geri çağırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” mənbələrə istinadla məlumat yayıb.

Lakin İran KİV-də dərc olunan bir sıra məlumatlatlara əsasən, Abbas Musəvinin fəaliyyət dövrünün bitməsinə 5 ay qalırdı və onun geri çağırılmasının əsas səbəbi Azərbaycan mediasına, daha dəqiq Baku TV-yə verdiyi müsahibə olub.

İddiaya görə, A. Musəvi Bakıdakı səfirlik binasında müsahibə verərkən, xanım jurnalistin “başıaçıq və ətəkdə olmasına görə” tənqid edilib və istefaya çağırılıb. Qeyd olunur ki, tənqid olunan digər məsələ isə jurnalistin Azərbaycan bayrağı yanında oturması olub.

İran mediası azərbaycanlı jurnalistin rəsmi şəxs olmadığını və onun İran səfirliyində müsahibə alarkən Azərbaycan bayrağının qoyulmasını diplomatik etiket qaydalarına zidd olduğunu bildiriblər.

Martın 14-də media orqanının “Youtube” kanalında dərc olunan müsahibəni təqdim edirik:

 

Bənzər yazılar

0.59833002090454