Ötən gün “gününsəsi.info” saytı Azərbaycanın quru sərhədlərinin Rusiya vətəndaşları üçün açıq olduğu ilə bağlı məlumat yayıb.
“Sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu, dövlətlərin müvafiq qurumları ilə əldə olunan razılaşma ilə bağlıdır” – deyə, sayt iddia edib.
Ancaq Nazirlər Kabinetindən “AzPolitika.info”nun bu barədə sorğusuna cavab olaraq bildirilib ki, quru sərhədlərin bağlanması ilə bağlı hökumətin qərarlarında hər hansı dəyişiklik yoxdur.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus infeksiyası təhlükəsinə görə Azərbaycanın quru sərhədlərinin bağlanması qərarının müddəti növbəti dəfə iyul ayına qədər uzadılıb.