Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.
79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun dosyesini təqdim edir:
Namiq Rəşid oğlu Abbasov 22 fevral 1940-cı ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
FƏALİYYƏTİ
O, 1962–1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya fəaliyyətinə keçib, Abşeron Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyib.
Namiq Abbasov 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirib.
O, 1992-ci ilədək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini kimi vəzifələrdə çalışıb. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini olub.
Namiq Abbasov 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifəsini icra edib. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Namiq Abbasova Azərbaycan Respublikası Prezidentinin 15 may 1994-cü il tarixli fərmanı ilə "general-mayor", 27 dekabr 1995-ci il tarixli fərmanı ilə "general-leytenant", 15 yanvar 2002-ci il tarixli fərmanı ilə "general-polkovnik" hərbi rütbələri verilib.
O, 2004–2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.
Namiq Abbasov 27 mart 2024-cü ildə vəfat edib.