Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.