"Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirir".
Bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat qarşısında bəyanatla çıxış edərkən deyib.
"NATO müttəfiqləri davam edən bu müharibədən narahatlıq duyur və Ukraynaya yardımı davam etdirir.
Mən Azərbaycanın Ukraynaya çox ehtiyac duyulan humanitar yardımına görə təşəkkür edirəm. Belə yardımlar çox vacibdir və davam etməlidir. Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir”.
“Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”, - deyən baş katib qeyd edib ki, uzun illərin münaqişəsindən sonra Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var.
Mən Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram və ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni, elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam. Azərbaycan cəmiyyətlərimizin güclənməsində mühüm rol oynayır”, - deyə Alyansın baş katibi vurğulayıb.
İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq.
Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız. Bu baxımdan COP29 çox mühüm tədbir olacaq”, - deyə Yens Stoltenberq vurğulayıb.