On gün qabaq arvadını baltalayan kişi öldü

 15-03-2024

Lənkəranda arvadına və özünə xəsarət yetirən şəxs ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu ayın 15-də bu hadisəni törədən Şahəddin Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

Qeyd edək ki, hadisə Lənkəran rayonunun Mamusta kəndində baş verib. 1955-ci il təvəllüdlü Ş.Məlikov həyat yoldaşına balta ilə, daha sonra isə özünə bıçaqla xəsarət yetirmişdi.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.70167088508606