Tanış olduğu “qadın”la kinoya getmək istəyi kişiyə baha başa gəldi

 15-03-2024

Bakıda kişi sosial şəbəkədə dələduzluqla üzləşib.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, bir kişi tanışlıq proqramında qadınla tanış olub. Qarşı tərəf ona kinoya getməyi təklif edib və bilet almaq üçün link göndərib. Kişi də həmin linkə daxil olub və özünün bütün bank kartı məlumatlarını əlavə edib. Nəticədə tanış olduğu “qadın” onun 1 750 manatını ələ keçirib.

DİN bu barədə bir daha vətəndaşlara müraciət edərək, kart məlumatlarını sirr saxlamağı, kiməsə etibar etməməyi tövsiyə edib. Bildirilib ki, belə halla üzləşdikdə isə dərhal polisə məlumat verin.

Bənzər yazılar

0.087862014770508