MİDA rəhbərinin qardaşı işdən çıxarıldı - YENİLƏNİB

 14-03-2024

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadıq Sadıqovun qardaşı Rauf Sadıqov Sumqayıt şəhər 4 saylı xəstəxananın baş həkimi vəzifəsindən çıxarıldığı iddia edilir. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Rauf Sadıqov yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Xəsətəxanın baş həkimi vəzifəsinə isə Əbdürrəhim Cəfərov təyin edilib. 

Lakin sonradan apardığımız araşdırmalar nəticəsində məlum olub ki, işdən çıxarılan Əbdürrəhim Cəfərovdur. O, təqaüd yaşı çatdığına görə işdən çıxarılıb. 

Rauf Sadıqova gəlincə, o, Təcili-Tibbi Yardım Xəstəxanasının baş həkimidir və hazırda işini davam etdirir.  

 

Bənzər yazılar

0.059149980545044