Putin bu dəfə YAK-130 təyyarəsinə əyləşdi - VİDEO

 07-03-2024

Rusiya prezidenti Vladimir Putin Krasnodar Ali Hərbi Aviasiya Məktəbində uçuş simulyatorunun idarəetmə sükanı arxasına əyləşib.

Ölkə.Az xəbər verir ki, görüntüləri jurnalist Pavel Zarubin öz teleqram kanalında yayımlayıb.

Onlar Rusiya Federasiyasının prezidentinin uçuş simulyatorunun idarəetməsində oturaraq özünü Yak-130 döyüş təlim təyyarəsinin pilotu kimi sınadığını göstərir.

Fevralın sonunda Putin Kazana səfər edərkən modernləşdirilmiş strateji raketdaşıyan Tu-160M-də yarım saatlıq uçuş həyata keçirib. Uçuş zamanı nəzarət Rusiya prezidentində olub. Onun yanında isə əsas pilot uçub.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.23232817649841