Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi hakim qarşısına çıxarılır

 21-03-2022

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və hospitalın digər əməkdaşı Hüseyn Ağayev hakim qarşısına çıxarılır.

“Qafqazinfo.az” xəbər verir ki, Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən müavinət ödənilməsinə görə rüşvət almaqda ittiham edilən V.Eyvazov və H.Ağayevlə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq yekunlaşıb.

İstintaqla onların bir sıra hərbçilərdən müharibədə aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

DTX əməkdaşları Vüsal Eyvazov və Hüseyn Ağayevi cinayət başında yaxalayıb.

Onların barəsində başladılan cinayət işinin istintaqı tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib. İşə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyən olunacaq.

Qeyd edək ki, Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvətalma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvətalmada iştirakçılıq) maddələri ilə mühakimə olunacaqlar. 

Bənzər yazılar

0.4609808921814