Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə rəisi İlkin Abdullazadə işindəki nöqsanlara görə CƏZALANDIRILDI

 21-03-2022

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov açıqlamasında araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığının məlum olduğunu bildirib:

“Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Bənzər yazılar

6.9897038936615