Avropaya 1 tondan çox kokain gətirən futbolçu həbs olundu

 15-02-2024

Hollandiyanın Amsterdam məhkəməsi "Spartak"ın hücumçusu Quinsi Promesi narkotik qaçaqmalçılığı işində təqsirli bilib. Futbolçu qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, məhkəmə Promesin 1370 kq kokainin Avropa ölkələrinə daxil edilməsi cəhdində iştirak etdiyini müəyyən edib.

Qərarda qeyd olunur ki, 2020-ci ilin yanvarında Belçikanın Antverpen limanına gələn narkotikin iki partiyasının qaçaqmalçılıq yolu ilə daşınmasında məhz futbolçu “həlledici rol” oynayıb.

Bənzər yazılar

0.19823789596558