“Real” və “Mançester Siti” qalib olub - Çempionlar Liqası

 14-02-2024

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin iki matçı baş tutub.

Ölkə.Az xəbər verir ki, turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxıb.

İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olub. Görüş "şəhərlilər"in qələbəsi ilə nəticələnib - 3:1.

“Real” isə Almaniyada “Leypsiq”lə qarşılaşıb. "Kral klubu" səfərdən minimalhesablı üstünlüklə ayrılıb - 1:0.

Komandalar arasında cavab oyunları martın 6-da baş tutacaq.

00:00. "Kopenhagen" (Danimarka) – "Mançester Siti" (İngiltərə) 1:3
Qollar: Maqnus Mattson, 34 - Kevin De Breyne, 10, Bernardo Silva, 45+1, Fil Foden, 90+2
Baş hakim: Xose Maria Martines (İspaniya).

00:00."Leypsiq" (Almaniya) – "Real" (İspaniya) 0:1
Qol: Brahim Diaz, 48
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).

Bənzər yazılar

0.22424507141113