Bu gün Finlandiyada bütün həyat dayanacaq - Ölkəyə 360 milyon ziyan dəyəcək

 01-02-2024

Finlandiyada əmək bazarı islahatlarına qarşı fevralın 1-də planlaşdırılan həmkarlar ittifaqı tətili ölkənin demək olar ki, bütün həyatını əhatə edəcək və iqtisadiyyata 360 milyon avroya başa gələcək.

Qaynarinfo.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Tətildə 200 min insan iştirak etmək niyyətindədir. Ölkədə bir sıra müəssisələrin işi dayanacaq, pərakəndə satış mağazaları və ərzaq şəbəkələri bağlanacaq, ictimai nəqliyyat dayanacaq. Bundan əlavə, Finlandiyada otellər, restoranlar, banklar, təmizlik şirkətləri, poçt şöbələri və çatdırılma xidmətləri fəaliyyət göstərməyəcək. Ölkənin demək olar ki, bütün hava limanlarında hava hərəkəti dayandırılacaq.

Finlandiya iqtisadçılarının fikrincə, tətil nəticəsində ölkə 360 milyon avro zərər görəcək.

 

Bənzər yazılar

0.20730209350586