Bakıda mənzillərin qiyməti pik həddədir?

 31-01-2024
Bakıda güzəştli ipoteka kreditləri ilə beş il əvvəl mənzil almaq əlverişli idi.
 
Bu barədə Trend-in suallarını cavablayarkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
 
O qeyd edib ki, hazırda ipoteka predmetinə çevrilə bilən mənzillərin qiyməti çox bahalaşıb.
"Mərkəzə yaxın ərazilərdə bir otaqlı mənzillərin satış qiyməti 100 min manatdan bahadır. Adi və güzəştli ipotekaların həcmi artırılmalıdır. Bu gün ipotekayla 100 min manata ev almaq çətindir. Bu yalnız çıxarışsız həyət evləri sənədlə təmin edilərsə əlverişli olacaq. Ucuz qiymətə həyət evləri var. Lakin həmin evlərin çıxarışı olmadığına görə kreditlə satıla bilmir", - deyə ekspert əlavə edib.
 
Onun sözlərinə görə, güzəştli şərtlərlə verilən ipoteka kreditləri paytaxtdan başqa digər regionlar üçün çox əlverişlidir.
 
"Ümumi götürdükdə güzəştli şərtlərlə veriləcək olan bu kreditlər əmlak bazarına müsbət təsir edəcək. Alıcılıq kütləsin artıracaq. Amma güzəştli kateqoriyaya aid olan şəxslər onlara ayrılan ipotekanın üzərinə məcburdur ki, əlavə pul qoyub mənzil alsınlar.
 
Hazırda Bakı şəhərində mənzillərin qiyməti pik həddədir. Lakin əmlak bazarında alıcı qıtlığı var. Belə davam eləsə mənzillərin qiymətləri düşə bilər", - deyə o, qeyd edib.

Bənzər yazılar

0.19100689888