Ləğv olunan dövlət şirkətinin kapitalı mənfiyə düşmüşdü

 31-01-2024

Bu gün ləğv olunan Dövlət Sığorta Kommersiya Şirkətinin maliyyə vəziyyəti ürəkaçan olmayıb.

“Ölkə.Az”ın məlumtına görə, şirkət 2023-cü ilin hesabatını hələ açıqlamasa da, 2022-ci il hesabatında öhdəliklərinin aktivlərindən çox olduğu görünür.

Belə ki, 2022-ci ilin yekununda sığorta şirkətinin cəmi aktivləri 17 mln 514 min manat, öhdəlikləri isə bundan 50% çox - 26 mln 311 manat olub. Nəticədə, “Azərsığorta”nın cəmi kapitalı isə mənfiyə düşüb və mənfi 8 mln 798 min manat təşkil edib.

Şirkətin sözügedən dövrdə yığılmış zərəri isə 22 mln 440 min manat olub.

Qeyd edək ki, şirkətin bir neçə ay öncə satışları dayandırdığı deyilirdi. Lakin ASC bir neçə gün öncə baş ofisi yeni məkana köçürmüşdü.

Qeyd edək ki, bu gün  Prezident İlham Əliyev Fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib.

Könül
Ölkə.Az

 

Bənzər yazılar

0.22382879257202