Azərbaycanın strateji valyuta ehtiyatları artdı

 31-01-2024

2023-cü il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 17% artıb.

“Ölkə.Az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, ötən ilin yekununda  Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib: "Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə 29,1% artaraq 11,6 milyard ABŞ dollarına çatıb".

Bənzər yazılar

0.1605851650238