Gəncədə silahlı şəxslər evə basqın ediblər, ana və oğlu xəsarət alıb

 20-03-2022

Gəncə şəhərində evə girən şəxs və ya şəxslər ana və oğluna xəsarət yetiriblər. "Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Gəncə şəhərində evə edilən silahlı basqının təfərrüatları məlum olub.

Fərdi yaşayış evinə gizli yolla daxil olan iki maskalı şəxs evdə olan 1975-ci il təvəllüdlü Namazov Xəyyam Rasim oğlu və onun anası, 1950-ci il təvəllüdlü Xurşid Əli qızı Namazovaya xəsarət yetiriblər. Belə ki, maskalı şəxslər odlu silahın qundaq hissəsi ilə X.Namazovun baş nahiyəsinə zərbə endiriblər, qadına isə kəsici alətlə xəsarətlər yetiriblər.

Daha sonra yaranan səs-küyə görə basqınçılər evdən qaçıblar. Hadisə ilə bağlı polisə məlumat verilib və araşdırmalara başlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bənzər yazılar

0.218101978302